Ekologiya
Naxçıvanda bəbir cəsədi aşkarlandı - FOTO
Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda bəbir ölüb.
Bu barədə Publika.az-a Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, Ordubad rayonu ərasində 1915 metr dəniz səviyyəsindən hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkar olunub:
“Hadisə yerinə Naxçıvan MR təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçğunu, olduğu nəticəsinə gəlinib. Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaqdır. Hadisə yerində olan dövlət təmsilçiləri bəbirin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə cəsədi götürüblər".
WWF Azərbaycan nümayəndəliyidən qeyd edilib ki, həmin bəbir əvvəllər kameralara düşməyib:
"Təəssüf edici xəbər də odur ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi. Təbiətin qanunları belədir - doğum olan yerdə ölüm də olur”.
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi








.jpg)








.jpg)

.jpg)




















