Azərbaycandakı ekoloji terrora beynəlxalq təşkilatlar susur - Nazir müavini
Bizi izləyin

Ekologiya

Azərbaycandakı ekoloji terrora beynəlxalq təşkilatlar susur - Nazir müavini

Ötən ilin sonlarından başlayaraq işğaldan azad olunan ərazilərdə ETSN əməkdaşları, yerli və beynəlxalq əməkdaşlar tərəfindən monitorinqlər başladılıb.

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının 70 faizə qədəri ölkəxarici və transsərhəd çaylarla ölkəyə nəql olunan çaylardır: "Azsulu ölkə kimi su ehtiyatlarının düzgün idarə edilməsini təşkil etməliyik. Ötən il Prezidentin sərəncanmıyla dövlət su kommissiyasının yaradılması bu istiqamətdə atılan yüksək addımlardandır. İşğaldan azad olunan ərazilərdə su kanallarının təmiri ilə bağlı işlər aparılmaqdadır".

Onun sözlərinə görə, işğal nəticəsində təkcə ətraf mühitə yox, həm də su ehtiyatlarına ciddi ziyan dəyib: "Təəssüf ki, bu davam etməkdədir. Ermənistan ərazisindən keçən 4 çayımız var və o çaylarda işğaldan azad olunan dövrdə sulardan götürülən analiz nümunələrində yoxlamalar göstərdi ki, çirklənmələr çox yüksəkdir. Hazırda Oxçuçayın biomüxtəlifliyi məhv olmaq ərəfəsindədir.

Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova isə bildirib ki, Ermənistanda yerləşən Qaçaran və Qafandağ mədən kombinatlarında formalaşan ağır metal tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır.

Onun sözlərinə görə, çaydan götürülən nümunələr fakt kimi beynəlxalq təşkilatlara təqdim edilib: "Bizə hər hansı cavab gəlməyib. Burada ikili standartlar tətbiq edilir. Azərbaycandakı ekoloji terrora beynəlxalq təşkilatlar susur. Həmin mədənlərin idarəçiliyində Avropanın iki nüfuzlu şirkətlər yer alır. Onlar ekoloji standartları öz ölkələrində fərqli təqdim edirlər. Lakin digər ölkələrə gələndə həmin standartlar yaddan çıxır, buna göz yumulur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm