İyul tarixin ən isti ayı elan olundu
Bizi izləyin

Ekologiya

İyul tarixin ən isti ayı elan olundu

2021-ci ilin iyul ayı tarixin ən isti ayı idi.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Okean və Atmosfer İdarəsinin məlumatda deyilir.

Qeyd edilib ki, iyul ayında qeydə alınan yerin və okeanın ümumi səth temperaturu 20-ci əsrin orta temperaturdan 0,93 dərəcə yüksək idi.

Agentlik 1880-ci ildən dünyada hava şəraitini izləyir. Əvvəlki rekord 2016-cı ilin iyulunda qeydə alınmışdı. 2019 və 2020-ci illərdə temperatur eyni rəqəmə çatırdı. Mövcud rekord o göstəricini 0,01 dərəcə ilə üstələyir (Selsi şkalası).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm