Külək, yağış, dolu - SABAHIN HAVASI
Bizi izləyin

Ekologiya

Külək, yağış, dolu - SABAHIN HAVASI

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitiə əsasən, şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu: şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm