• USD 1,7000 0,00% EUR 1,9944 +0,16%
    • GBP 2,3239 -0,28% RUB 0,0232 0,00%

Hava şəraiti dəyişir: İNTENSİV YAĞIŞ, DOLU OLACAQ - XƏBƏRDARLIQ

  • Ekologiya
  • 24 Avqust 2021 15:47
  • 4 991 Baxış
Hava şəraiti dəyişir: İNTENSİV YAĞIŞ, DOLU OLACAQ - XƏBƏRDARLIQ

Avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Avqustun 25-i axşama doğru yağıntının tədricən kəsiləcəyi, 26-27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR