Ekologiya
Xəzəri çirkləndirilənlər cəzalandırıldı
Xəzərin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərindən dənizə axıdılan tullantı sularının müəyyən olunması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlərin nəticələrinə əsasən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılıb.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Publika.az-a bildirib ki, monitorinqlər zamanı Xaçmaz rayonunun sahil zolağında fəaliyyət göstərən “Bulaq" və "Üç Qardaş" istirahət mərkəzlərindən tullantı sularının təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib.
“Eyni zamanda, “Rüfət”, “Dostluq”, “El-Faro”, “Üç Qardaş”, “Yaşıl Ada” ictimai-iaşə obyektlərində və vətəndaş Yusif Abdullayevə məxsus kafedə məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. faktlarla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün məcburi göstərişlər verilib”, - idarə rəsmisi qeyd edib.
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT