• USD 1,7000 0,00% EUR 1,9811 +0,62%
    • GBP 2,3415 +0,30% RUB 0,0239 0,00%

Sabah bu rayonlara leysan yağacaq, dolu düşəcək - ETSN

  • Ekologiya
  • 25 Sentyabr 2021 22:00
  • 2 499 Baxış
Sabah bu rayonlara leysan yağacaq, dolu düşəcək - ETSN

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Prosesin gecə saat 02.00 radələrindən başlanması, və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s- dək gückənəcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR