Qanunsuz meşə materiallarının daşınmasının qarşısı alındı
Bizi izləyin

Ekologiya

Qanunsuz meşə materiallarının daşınmasının qarşısı alındı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran və Lerik rayonlarında “Belarus” və “Ural” markalı avtomobillər vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Publika.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Lənkəran və Lerik rayon sakinləri Rauf Qurbanov və Zöhrab Həsənovun idarə etdiyi avtomobillərin yük yerində ümumilikdə 8 kubmetr həcmində meşə materialı aşkar edilib.

B.Məhəmmədovun sözlərinə görə, Masallı rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə rayon sakinləri Abış Abbasov, Abbas Əmənov, Zaur Əkbərov və Vüqar Abıyevə məxsus ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 5.81 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib. Hazırda işlər üzrə araşdırma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm