Ekologiya
Hava kəskin dəyişir: temperatur 10 dərəcə enəcək, 12 noyabradək... - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, noyabrın 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müayisədə 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.
Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müayisədə 5-10° aşağı enəcək.
Qeyd edilib ki, bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər