Bakıda külək əsəcək, rayonlara yağış yağacaq
Bizi izləyin

Ekologiya

Bakıda külək əsəcək, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

xxx

13:45

Yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 1-dən 3-ü səhərədək şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, 2-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 m/s olacaq.

Azərbaycanın rayonlarında iyulun 5-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, arabir 23 m/s, 2-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm