Bu gün hava necə olacaq? - PROQNOZ
Bizi izləyin

Ekologiya

Bu gün hava necə olacaq? - PROQNOZ

Avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Publika.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm