Ekologiya
Bu həftə maqnit qasırğası olacaq
3-5 oktyabr tarixlərində maqnit qasırğası davam edəcək.
BDU-nun Astrofizika kafedrasından Publika.az-a verilən məlumata görə, son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olub. Günəş səthində aktiv oblastlarda radiosiqnalların orta təsirli - güclü kəsilmələrinə səbəb olan M və radiosiqnalların daha güclü kəsilmələrini yaradan böyük X1 alışmaları baş verib.
Oktyabrın 1-də baş verən üç tac kütlə atılmasının analizi göstərib ki, sonuncu tac kütlə atılması özündən əvvəlki iki tac kütlə atılmasını qabaqlayaraq Yerə daha tez - oktyabrın 4-də gecə saatlarında çatacaq. 3-5 oktyabr tarixləri üçün Günəş aktivliyi yüksək səviyyədə olacaq.
Oktyabrın 1-də baş vermiş tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində oktyabrın 3-də geomaqnit sahədə mülayim, oktyabrın 4-də isə orta-mülayim səviyyəli geomaqnit qasırğası yaranacaq. Oktyabrın 5-də geomaqnit sahə sakit və aktiv səviyyədə olacaq.
Oktyabrın 3-də Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 70% və X sinif alışmalar üçün isə 30%-dir.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!