Hava ilə bağlı XƏBƏRDARLIQ: bu gündən...
Bizi izləyin

Ekologiya

Hava ilə bağlı XƏBƏRDARLIQ: bu gündən...

Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq isə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm