Ekologiya
Şuşa, Laçın və Kəlbəcərin havası açıqlandı
Dekabrın 14-də Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq.
Publika.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyədək şaxta olacaq. Qərb küləyinin sürəti 2-6 m/s təşkil edəcək.
Dekabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Qərb küləyinin sürəti 2-5 m/s olacaq.
Dekabrın 16-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq, gündüz az qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Qərb küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.
Dekabrın 17-də əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Lakin 16-dan 17-nə keçən gecə az qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, qərb küləyinin sürəti 3-8 m/s olacaq.
Dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Şərq küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?





















.png)












