Ekologiya
Qarlı hava şəraiti bu vaxtadək davam edəcək - XƏBƏRDARLIQ
Azərbaycanda qarlı hava şəraiti bu gün də davam edəcək, yollar buz bağlayacaq.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ








.jpg)







.jpg)






















