Ekologiya
Bazar gününə olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

-
Region21:17
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq - Nikol Paşinyan
-
Nida Xəbər 20:41
Leyla Əliyevadan Ramazan ayı ilə bağlı paylaşım - FOTO
-
MDB19:41
Medvedev nüvə ilə hədələdi: Putin həbs olunsa...
-
Pul19:09
Dolları nə gözləyir? - EKSPERT RƏYİ
-
Avropa18:53
"Budapeşt Putini həbs edə bilməyəcək" - Aparat rəhbəri
-
Qadın18:18
Bu, qadınlarda sonsuzluq riskini 40% artırır
-
MDB18:08
Putin yeni sərəncam imzaladı
-
Magazin217:39
Oqtay Əliyevin atası: “Belimizi qırdı, evimizi yıxdı” - VİDEO