Ekologiya
Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, fevralın 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

-
Magazin122:48
Zaur və Günay cütlüyü: "Sizdən yadigar bu şəkil qaldı" - FOTO
-
Hadisə21:42
Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Hadisə21:26
Dilarə Əliyeva avtomobil qəzasının necə baş verdiyini AÇIQLADI
-
Art21:00
Mədəniyyət Nazirliyi Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yaydı
-
Hadisə20:42
Dilarə Əliyevanın qardaşı dəhşətli qəzadan danışdı: "Travmatologiyadayam"
-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO