Paytaxtda EKOLOJİ TƏHLÜKƏ: dəm qazının miqdarı kəskin artdı
Bizi izləyin

Ekologiya

Paytaxtda EKOLOJİ TƏHLÜKƏ: dəm qazının miqdarı kəskin artdı

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Publika.az xəbər verir ki. bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1,7 dəfə, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1,4 dəfə, Sumqayıt şəhərində 1,2 dəfə normadan çox müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm