Ekologiya
Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Nazirlikdən Publika.az-a bildirilib ki, düşən yağıntının miqdarı: Oğuzda 12.0 mm, Tovuz, Şəmkirdə 9.0 mm, Şəkidə 8.0 mm, Qaxda 6.0 mm, Ağstafada 4.0 mm, Qəbələ, Ceyrançöldə 2.0 mm, Zaqatala, Daşkəsən, Balakən, Şahdağ, Yevlaxda 1.0 mm-dək olub.
Havanın temperaturu: İyunun 03-də iqlim normasından 3.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°-dək isti, Naxçıvanda 33°-dək isti, dağlıq rayonlarda 24°-dək isti, yüksək dağlıq ərazilərdə 14°-dək isti, aran rayonlarında 33°-dək isti olub.
Yağan yağışlarla əlaqədar Oxçuçay-Bürünlüdə və Vəlvələçay-Afurcada suyun səviyyəsi 5 sm, Qaraçay-Rükdə 4 sm, Kür-Qıraqkəsəməndə və Tərtərçay-Kəlbəcərdə 3 sm, Əyriçay-Ağyazıda 2 sm, Kür çayının aşağı axınında Zərdab məntəqəsində 5 sm, Kür-Surrada 30 sm, Kür-Şirvanda 6 sm, Kür-Salyanda isə 3 sm artım olmuşdur. Tovuz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində Əsrikçayda suyun səviyyəsi 3 iyun saat 21:20-dən saat 22:55-dək 63 sm artmış və saat 22:40-dan 23:55-dək çaydan qısamüddətli sel keçmişdir.

-
Sosial10:23
Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı - FOTO
-
Nida Xəbər 09:42
"Bizim üçün ən təhlükəli erməni Qarabağda qalan ermənidir" - Fazil Mustafa
-
Sosial08:48
Bu şəxslər quru yolla sərhədi keçə bilər
-
Cənubi Qafqaz06:16
Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..." - FOTO
-
Magazin205:45
Bacılar soyunub birlikdə poza verdilər - FOTO
-
Region04:44
Çavuşoğlu Qənirə Paşayevadan yazdı - FOTO
-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Sosial00:15
Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO