Zərərli mikroplastiklər buludlarda da tapıldı
Bizi izləyin

Ekologiya

Zərərli mikroplastiklər buludlarda da tapıldı

Yaponiyalı tədqiqatçılar buludlarda mikroplastiklərin olduğunu sübut edən araşdırma aparıblar. Buludlarda aşkar edilən bu hissəciklərin iqlimə təsir göstərə biləcəyi düşünülür, lakin bu təsirin necə və hansı istiqamətdə olduğu ilə bağlı suallar hələ aydın deyil.

Publika.az xəbər verir ki, Yaponiyanın Vaseda Universitetində aparılan araşdırmada buludlarda mikroplastiklərin varlığı araşdırılıb.

Araşdırmanın nəticələri “Environmental Chemistry” jurnalında dərc olunub.

Qabaqcıl təsvir üsulları ilə nümunələr araşdırıldıqdan sonra buludlarda 9 fərqli polimer növü aşkar edilib. Buludlarda hər litr su buxarında orta hesabla 6,7-13,9 mikroplastik hissəcik olduğunu təyin edən tədqiqatçılar bu vəziyyətin iqlimə təsir edə biləcəyini vurğuladılar.

Tədqiqatçılardan biri Hiroşi Okoçi deyib ki, əgər “plastik havanın çirklənməsi” problemi həll edilməsə, iqlim dəyişikliyi və ekoloji risklər baş verə bilər:

“Gələcəkdə ətraf mühitə ciddi ziyan vura bilər. 5 mm-dən kiçik plastik hissəciklər mikroplastik kimi təsnif edilir”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm