Ekologiya
Azərbaycanlı şagird və tələbələr UNESCO-nun qərargahında - Fotolar
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirildiyi günlərdə Azərbaycandan olan şagird və tələbələr BMT-nin digər platformasında - Change the World Model United Nations (CWMUN) konfransında ölkəmizi uğurla təmsil ediblər.
2024-cü il noyabrın 21-23-də Parisdə UNESCO-nun qərargahında 40-dan artıq ölkədən 500-dən çox iştirakçının qatıdığı tədbirdə Change the World layihəsinin Azərbaycan üzrə təmsilçisi olan Shane Academy-nin təşkilatçılığı ilə ölkəmizdən 30 nəfər gənc beynəlxalq əməkdaşlıq, təhsil, elm, mədəniyyət və kommunikasiya kimi mövzuları əhatə edən qlobal problemlərin müzakirəsində iştirak edib.
Change the World Model United Nations təşkilatçıları ilk dəfə olaraq Azərbaycan təmsilçilərindən Nəzrin Hüseynli, Ayşe Nesli Gülençi ən yaxşı nümayəndə (Best delagation), Camal Əfəndi, Ayan Vəlizadə, Lalə Musayeva, Sabir Nərimanov, Aydan Cəbrayılova, Ruhəngiz Əsgərova isə fəxri iştirakçılar (Honorable Mention) kimi qiymətləndiriblər.
Şüarı “Dünyanı Dəyiş – Change the World” olan tədbirin məqsədi gəncləri beynəlxalq siyasət proseslərinə cəlb etmək və onlara qlobal diplomatiya bacarıqları öyrətməkdir. Tədbir iştirakçıları "game changers" (dəyişiklik yaradıcıları) mövzusunda müxtəlif simulyasiyalarda iştirak edərək mühüm qlobal problemlərin həlli yollarını müzakirə ediblər.
Tələbələrimiz bu tədbir vasitəsilə qərar qəbuletmə və diplomatik müzakirə, beynəlxalq əməkdaşlıq, qlobal siyasət proseslərinin iş prinsiplərini dərindən anlamaq fürsəti əldə ediblər.
Azərbaycanlı gənclər səfər çərçivəsində Eyfel qülləsi, Luvr muzeyi və Disneylend kimi tarixi və mədəni məkanları da ziyarət ediblər.
Model Birləşmiş Millətlər Təşkilatı (MUN) – tələbələrin BMT simulyasiyalarında iştirak etdiyi və qlobal problemləri həll etmək üçün diplomatik bacarıqlarını inkişaf etdirdiyi beynəlxalq platformadır. MUN tədbirləri gənclərə liderlik, müzakirə, analitik düşüncə və problem həlli bacarıqları qazandırır və onların qlobal məsələlərə dair məlumatlılığını artırır.
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU



































.jpg)


