Ekologiya
2026-cı il tarixin ən isti ili ola bilər
2026-cı il meteomüşahidələr tarixində ən isti il olmaq riski daşıyır - buna El-Ninyo iqlim hadisəsi səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Avropanın “Kopernik” Yerin müşahidəsi xidmətinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, sentyabr ayında El-Ninyo Sakit okeanın əsas zonalarından birində temperatur rekordlarının müəyyənləşməsinə təkan verib. Bu, cari ilin orta qlobal temperatura görə rekord vurması ilə nəticələnə bilər.
“Agence France-Presse”in izah etdiyi kimi, El-Ninyonun güclənməsi qeyd olunan zonada suyun temperaturunu müvəqqəti olaraq qaldırır və miqyaslı iqlim dəyişikliklərinə səbəb olur. Fəsadlar ciddi ola bilər: quraqlıqlardan və daşqınlardan tutmuş qlobal istiləşmənin əlavə olaraq sürətlənməsinə qədər.
“Kopernik” xidmətinin direktoru Karlo Buontempo agentliyə şərhində bildirib ki, bu il El-Ninyo qeyri-tipik xüsusiyyətlər nümayiş etdirir. O vurğulayıb ki, cari tsiklin ötən illərin göstəricilərini üstələdiyini iddia etmək hələ tezdir. Lakin prosesin daha da güclənəcəyi təqdirdə 2026-cı ilin tarixə ən isti il kimi düşəcəyi istisna olunmur. Buontempo həmçinin ehtimal edib ki, rekord vuran 2026-cı ildən sonra eyni dərəcədə ekstremal 2027-ci il gələ bilər.
Hüseyn İbadlı
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatınız çiçəklənəcək
-
Sosial00:00“Qalatasaray”dan Çempionlar Liqasında daha bir qələbə
-
İdman3 Noyabr 22:48Bellingemin 50 yaşlı atası millidə debüt etdi - 7 qol vurdu
-
Magazin13 Noyabr 21:48"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"

















.jpg)












.jpg)



