Nazirlər Kabinetindən mühüm qərar
Bizi izləyin

Elm və təhsil

Nazirlər Kabinetindən mühüm qərar

Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri ilə bağlı bəzi məsələlərlə bağlı qərar verib.

Məktəbdənkənar təhsil müəssisələrinin üçü birləşdirilib, üçünün adı dəyişdirilib, bir yeni məktəbdənkənar təhsil müəssisəsi yaradılıb

Nazirlər Kabineti Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri ilə bağlı bəzi məsələlər üzrə qərar verib.

Publika.az-ın məlumatına görə, qərara əsasən Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.

Respublika Texniki Yaradıcılıq Mərkəzi “Respublika Uşaq Yaradıcılıq Mərkəzi”, “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi”, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi “Uşaq Yaradıcılıq Mərkəzi” adlandırılıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda etdiyi dəyişikliyə əsasən isə məktəbdənkənar təhsil müəssisəsi qismində 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi yaradılıb.

Bu müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyiüçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm