Elm və təhsil
ATU-nun komandası gənclər kubokunun qalibi oldu
Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrindən ibarət “Dostluq” komandası Gəncə 2016 Avropa Gənclər Paytaxtı Kubokunun qalibi olub. 20 komandanın iştirak etdiyi intellektual yarışda əzmkar mübarizə ilə birinciliyi əldə edən komanda üzvləri qələbə sevincini universitet rəhbərliyi ilə bölüşüb.
Görüşdə komandanın kapitanı İsmayıl Hüseynli məlumat verib ki, Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən intellektual yarış "Gəncə 2016 AGP" İctimai Birliyi, “Odlar Yurdu" Gənclər İctimai Birliyi və “Qrinviç” Təhsil Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Gənclər Fondu və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub. Təhminə Cəfərovanın layihəsi əsasında təşkil olunan kubokun reallaşmasında Azərbaycan İntellektual Oyunlar Klubu da yaxından iştirak edib. ATU-nun “Dostluq” komandası yarışın bütün mərhələlərində inamlı oyun nümayiş etdirərək 20 komanda arasından kubokun sahibi olub. Növbəti mərhələdə isə komanda paytaxt Bakıda keçiriləcək intellektual oyunda ATU-nu və Gəncə şəhərini təmsil edəcək.
Qalib komandanın üzvü olan tələbələri qəbul edən ATU-nun rektoru, professor Akif Süleymanov onları qələbə münasibətilə təbrik edib, təhsil və gələcək fəlaiyyətlərində uğurlar arzu edib.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub