Azərbaycanlı alimə Şanxayda vəzifə verildi
Bizi izləyin

Elm və təhsil

Azərbaycanlı alimə Şanxayda vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “Bir yol – bir zolaq” adlı beynəlxalq konfransda iştirak edib.

İqtisadiyyat İnstitutundan Azərtac-a bildiriblər ki, konfransda çıxış edən N.İmanov ölkələrarası nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə Azərbaycanda reallaşdırılan infrastruktur layihələri barədə ətraflı məlumat verib.

N.İmanov konfransın “Təhlükəsizlik, iqtisadi və mədəni əməkdaşlıq sahələrində yeni imkanlar” bölməsinə rəhbərlik edib.

Alimin Şanxay Universitetinin təşkilatçılığı ilə keçirilən daha bir tədbirdə məruzəsi dinlənilib.

N.İmanov Azərbaycan və Çinin elmi müəssisələri, o cümlədən akademik iqtisadiyyat institutları arasında əməkdaşlıq məsələləri, birgə tədqiqatların aparılması imkanları haqqında fikirlərini bölüşüb.

Azərbaycanlı alim Şanxay Universiteti nəzdində fəaliyyət göstərən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin baş məsləhətçisi seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm