Misirin “Əl-Əxbar” Media Holdinqinin nümayəndəsi BDU-da - - FOTO
Bizi izləyin

Elm və təhsil

Misirin “Əl-Əxbar” Media Holdinqinin nümayəndəsi BDU-da - - FOTO

Azərbaycanda səfərdə olan Misirin məşhur “Əl-Əxbar” Media Holdinqinin "Ədəbiyyat xəbərləri" qəzetinin baş redaktoru Tarik əl-Tahir Hifni, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olublar.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə,müəllim-tələbə heyəti ilə keçirilən görüşü açan Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev qonağı universitetdə görməkdən məmnunluğunu bildirib. Professorun bildirib ki, müxtəlif illərdə Misirin ayrı-ayrı media orqanlarında baş redaktor vəzifəsində çalışan Tarik əl-Tahir Hifni, eyni zamanda, Jurnalistlər Birliyi ilə yanaşı, mədəniyyət, ədəbiyyatla bağlı bir çox komissiyaların və münsiflər heyətinin üzvü, Misir Peyk Televiziyasında yayımlanan “Mədəniyyət və Yaradıcılıq”, “Kitablar dünyası” proqramının müəllifidir.

Daha sonra Tarik əl-Tahir Hifni Misir mətbuatı və təmsil etdiyi qəzet barədə mühazirə oxuyub. Bildirib ki, “Əl-Əxbar” Media Holdinqinə rəhbərlik etdiyi "Ədəbiyyat xəbərləri” və daha 12 media orqanı daxildir. 5 min əməkdaşın fəaliyyət göstərdiyi «Əl-Əxbar» qəzeti isə gündə 3 dəfə 300-500 min tirajla çap olunur. Həm də iqtisadi profilinə görə məşhur olan Holdinqin, eyni zamanda, jurnalistika təhsili verən Akademiyası da fəaliyyətdədir. Bundan əlavə, Misirin «Əl-Cümhuriyyə» qəzetində 10 min, «Əl-Əhram” qəzetində isə 20 min əməkdaş çalışır.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi görüşün təşkilinə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib, müəllim və tələbələri «Ədəbiyyat xəbərləri» qəzeti ilə əməkdaşlığa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm