Elm və təhsil
Yalançı elmə qarşı mübarizəyə başlanıldı - Komissiya yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasında Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib ki, son illər elmi fəaliyyət sahəsində həyata keçirilən çoxşaxəli islahatlar və elmin təbliği istiqamətindəki tədbirlər nəticəsində elmin nüfuzunun cəmiyyətdə yüksəlib.
Onun sözlərinə görə, lakin bununla yanaşı, elmi fəaliyyətə
münasibətdə bir sıra neqativ tendensiyalar müşahidə olunur.
Akademik xüsusilə yalançı elmə marağın artdığını, elmi imitasiya
tipli fəaliyyətin genişləndiyini söyləyib.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, yalançı elmi
iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq,
həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri
həyata keçirilmək məqsədilə Komissiya yaradıb. İclasda Yalançı Elmə
Qarşı Mübarizə üzrə Komissiyasının tərkibi təsdiq edilib.
(trend)
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO