Yüksək maaş almaq istəyən müəllimlərə NÖVBƏTİ ŞANS
Bizi izləyin

Elm və təhsil

Yüksək maaş almaq istəyən müəllimlərə NÖVBƏTİ ŞANS

Yüksək maaş almaq istəyən müəllimlərin nəzərinə

Ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçirilir.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, imtahan bu gün və sabah Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.

İmtahanlarda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcək. Eyni zamanda, Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara qatılacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm