Elm və təhsil
Azərbaycanda bu universitet BAĞLANDI: Nə rektorun xəbəri var, nə də prorektorun - (YENİLƏNİB)
“Universitetin fəaliyyətinin dayandırılması barədə məlumatı mətbuatdan oxuduq”.
Bunu Publika.az-a Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinin yaydığı məlumata münasibət bildirərkən mətbuat xidmətinin rəhbəri Asif Quliyev deyib: “Bu barədə nə rektorun, nə prorektorların, nə də mənim xəbərim var. Məlumatı mətbuatdan öyrəndik. Hər hansı sualınız varsa, Təhsil Nazirliyinə müraciət edin”.
***
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumatda bildirilib ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.
Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.
İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.
Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaqdır. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcəkdir.
Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.
Gülxar
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO