Elm və təhsil
Qafqaz Universitetinin binası hansı ali məktəbə verilir?
Bakı Mühəndislik Universitetinin yerləşəcəyi bina müəyyənləşib.
Bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri, BMU-nun rektor səlahiyyətlərini icra edən Sülhəddin Gözəlov məlumat verib.
Onun sözlərinə görə, yeni təhsil müəssisəsinin inzibati binası fəaliyyəti dayandırılmış Qafqaz Universitetinin əvvəlki binası olacaq.
S.Gözəlov vurğulayıb ki, Qafqaz Universitetinin təsisçisi - Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti olub.
Nazirlik rəsmisi xatırladıb ki, qış imtahan sessiyasından sonra Qafqaz Universitetinin bütün tələbələrinin bir universitetdə - Azərbaycan Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılan Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək Bakı Mühəndislik Universiteti ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental və tətbiqi elmi tədqiqatlar aparacaq. (report)
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO