Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirildi - - FOTO
Bizi izləyin

Elm və təhsil

Bakı Avropa Liseyində mətbuat azadlığı mövzusunda debat keçirildi - - FOTO

Şagirdlərin debatında təhsi naziri Mikayıl Cabbarov, millət vəkilləri, media qurumlarının rəhbərləri, müəllim, şagird və valideynlər iştirak edib.

Fevralın 18-də Bakı Avropa Liseyində “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırılmalıdırmı?” mövzusunda şagirdlər arasında debat yarışması keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin “Mətbuat azadlığı sosial məsuliyyətlə məhdudlaşdırmalıdırmı?” mövzusuna müraciət etməsi sosial məsuliyyət, cəmiyyətə obyektiv informasiyanın çatdırılması, qarşı tərəfin rəyinə hörmətlə yanaşılması kimi dəyərlərin media prizmasından araşdırılmasına xidmət edib.

Məktəbin debat klubu üzvlərinin məqsədi jurnalist məsuliyyəti ilə bağlı mövcud problemləri göstərmək və eyni zamanda onlardan çıxış yolları üzərində birgə düşünmək olub.

Şagirdlərin debatında təhsi naziri Mikayıl Cabbarov, millət vəkilləri, media qurumlarının rəhbərləri, müəllim, şagird və valideynlər iştirak edib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm