Qəbul imtahanlarında YENİLİK OLACAQ
Bizi izləyin

Elm və təhsil

Qəbul imtahanlarında YENİLİK OLACAQ

“Olması məsələsi üzərində işləyirik”

“Rus bölməsində oxuyanlar üçün Azərbaycan dili imtahanının nəticəsi iki il keçərlidir. Gələcəkdə bakalavr və magistraturaya qəbul imtahanlarının da nəticələrinin iki il keçərli olması məsələsi üzərində işləyirik”.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O, bu yeniliyi növbəti ildən magistratura səviyyəsinə qəbulda tətbiq edə biləcəklərini deyib: “Bu il və gələn ilki qəbul imtahanları hələ ki bir modellə qurulub. Amma iki il sonra ölkədə kurikulumla tədris alan şagirdlər 11-ci sinfi bitirəcək və o vaxta qədər müəyyən modellər işlənəcək. Çalışacağıq ki, bir imtahanın nəticəsi iki il istifadə edilə bilsin. Bu il bizim təşkilat üçün legitim hüququ mühitinin yaradılması üçün bir sıra qərarlar qəbul olundu. Artıq yeni qərarlar qəbul olunduğu üçün biz hər bir imtahanın nəticəsinin iki il istifadə olunması istiqamətində işlərə başlaya bilərik. Yəqin ki, bu qiymətlər ondan sonra elə də yüksək görünməyəcək. Dekabr, yanvar, fevral aylarında biz fəaliyyətimizi davam etdirə bilmirdik. İndi də dövlət qulluğu ilə bağlı müəyyən qərarları gözləyirik ki, tam fəaliyyətə başlaya bilək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm