Elm və təhsil
ADA-nın aparat rəhbəri BDU Jurnalistika fakültəsində mühazirə oxuyub - - FOTOLAR
Azərbaycan Diplomatik Akademiyasının (ADA) aparat rəhbəri Şəfəq Mehrəliyeva Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin ingilisdilli qruplarının tələbələrinə mühazirə oxuyub.
Publika.az xəbər verir ki, dekan müavini, dosent Könül Niftəliyeva Ş.Mehrəliyevanın fəaliyyəti barədə tələbələrə məlumat verib. Bildirib ki, Şəfəq Mehrəliyeva uzun illər AZƏRTAC, “Space” müstəqil teleşirkəti və CNN dünya xəbərlərində peşəkar jurnalist kimi fəaliyyət göstərib. İngilis dili qruplarının müəllimləri Vəfa İsgəndərova və Anzulə Əmirovanın təşəbbüsü ilə baş tutan görüşün tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, öz təcrübəsini bölüşəcəyi üçün Şəfəq Mehrəliyevaya minnətdarlığını bildirib.
Şəfəq Mehrəliyeva jurnalistikanın əsasları, ənənəvi və yeni media, PR, informasiya texnologiyalarının jurnalistikada tətbiqi ilə bağlı ingilis dilində mühazirə oxuyub. İyirmi illik təcrübəsini bölüşən Şəfəq Mehrəliyeva CNN dünya xəbərlərinə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsi, Qanlı Yanvar hadisələri ilə bağlı hazırladığı materiallardan, onların təsirindən bəhs edib.
Sonda tələbə-jurnalistlərin sualları cavablandırılıb.
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?