Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti BDU-da olub
Bizi izləyin

Elm və təhsil

Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti BDU-da olub

Nümayəndə heyəti ilə növbəti görüş keçirilib.

Bakı Dövlət Universitetində Türkiyənin Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin nümayəndə heyəti ilə növbəti görüş keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, adıçəkilən liseyin müəllim və şagird kollektivini universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor Abel Məhərrəmov son illər respublikamızda təhsil sahəsində qazanılan uğurlardan, bu istiqamətdə qardaş Türkiyə ilə ölkəmiz arasında mühüm əlaqələrin yaranmasından bəhs edib.

Rektor Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi ilə Heydər Əliyev adına Anadolu texniki-peşə liseyi arasında əlaqələrin yaradılması məqsədilə 2016-cı ildə imzalanmış memorandumu xatırladıb. Bildirib ki, ötən müddət ərzində əlaqələr inkişaf edib, hər iki liseyin nümayəndələri qarşılıqlı səfərlər edib, tədris prosesi ilə tanış olublar. Rektor onu da deyib ki, Serda Erkekin rəhbərlik etdiyi nümayəndə heyəti liseydə olduqları müddət ərzidə müəllimlərin mühazirələrini dinləyib, Azərbaycan və rus dilində keçirilən açıq dərslərdə iştirak edərək şagirdlərin bilik səviyyələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

“Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov nümayəndə heyəti ilə keçirilən görüşlər, o cümlədən yaxın gələcəkdə Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinə nəzərdə tutulan səfər barədə məlumat verib.

Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin müəllimi, nümayəndə heyətinin rəhbəri Serda Erkek keçirilən görüşləri yüksək dəyərləndirib və əlaqələrin daha da inkişafı istiqamətində səmərəli addımlar atılacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm