Elm dünyasının yeni Eynşteyni
Bizi izləyin

Elm və təhsil

Elm dünyasının yeni Eynşteyni

O, hələ də ağıllı telefon, feysbuk, instaqram və linkedindən istifadə etmir.

23 yaşlı gənc fizik Sabrina Gonzales Pasterski hazırda dünyanın ən ağıllı elm adamlarından biri kimi göstərilir.

Əslən Kubadan olan Sabrina MIT-dən 3 il ərzində bütün imtahanlardan ən yüksək qiyməti alan tək qadın kimi tarixə düşüb. Dünya mediası onu yeni Eynşteyn kimi qələmə alır.

Sabrina eynilə Eynşteyn kimi qara dəliklər, cazibə qüvvəsi və kosmos zamanı ilə bağlı mövzularla maraqlanır. O, bu sahədə inqilab yaradan insanlardan biri ola bilər. Ancaq Sabrinanın yeni Eynşteyn kimi göstərilməyinin tək səbəbi elmi uğurları deyil.

İlk dəfə 2008-ci ildə cəmi 14 yaşında tək başına motorlu təyyarə yaratmağı bacarıb. MIT professorları Sabrinanın istedadının standartdan üstün olduğunu qeyd edirlər.

O, hələ də ağıllı telefon, feysbuk, instaqram və linkedindən istifadə etmir. (bizplus)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm