“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsilə bağlı məruzə təşkil edildi – FOTOLAR
Bizi izləyin

Elm və təhsil

“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsilə bağlı məruzə təşkil edildi – FOTOLAR

“Gənc alimlər və maliyyə savadlılığı” adlı birgə mükafat müsabiqəsinə təqdim olunacaq elmi məqalələrin məruzəsi təşkil edilib.

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Gənc Alimlər Şurasının təşkil etdiyi “Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “Gənc alimlər və maliyyə savadlılığı” adlı birgə mükafat müsabiqəsinə təqdim olunacaq elmi məqalələrin məruzəsi təşkil edilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADİU-nun Maliyyə və Maliyyə institutları kaferdasının müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərov Azərbaycan dövlətinin elmə, xüsusən də gənc alim və tədqiqatçılara xüsusi diqqətinin hər zaman hiss olunmaqda olduğunu söyləyib.

Sabiq nazir qeyd edib ki, müasir dövrdə elmin populyarlaşması, maliyyə savadlılığının artırılması uzun müddətli sosial-iqtisadi inkişaf mövqeyindən, konsepsiyasından irəli gələrək ölkənin investisiya resurslarının formalaşması istiqamətində əsas yollar kimi aktual mövzulardandır.

Tədbirdə Gənc Alimlər Şurasının sədri Vuqar Məmədzadə müsabiqə haqqında görüş iştrakçılarına ətraflı məlumat verib. O, bildirib ki, elmin gənc araşdırmaçılar arasında populyarlaşdırılmasına, elmi fəaliyyətlıərinin stimullaşdırılmasına xidmət edən maliyyə savadlılığı layihəsi çərcivəsində UNEC-in gənc alimləri tərəfindən məruzələr təqdim olunub:

“Müsabiqə iştrakçılarının təqdim olunan məqalələri mövzusu üzrə 2017-ci ilin fevral-aprel ayları ərzində müvafiq qaydada aprobasiyası keçirilməli və bu barədə məlumatlar aidiyyatı üzrə təqdim olunmalıdır”.

Tədbir müzakirələrlə davam etdirilib. Təqdim olunan məqalələrə verilən tövsiyə və suallar müzakirə olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm