• USD 1,7000 0,00% EUR 2,0088 +0,35%
    • GBP 2,2262 +0,10% RUB 0,0232 -0,43%

BDU-da Rəsədxananın filialı yaradıldı - FOTO

BDU-da Rəsədxananın filialı yaradıldı - FOTO

Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının 2016-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Universitetin mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, iclasdan öncə BDU ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası arasında əməkdaşlıq və Astrofizika kafedrasının Rəsədxanada filialının yaradılması barədə müqavilə imzalanıb.

İclası giriş sözü ilə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan elm və təhsilinin inkişafı, elmi kadrların hazırlanması və elmi potensialın gücləndirilməsinin vacib məsələlərdən olduğunu deyib.

İclasda 2016-cı ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadənin hesabatı dinlənilib. Məlum olub ki, universitetinin 17 fakültəsinin 123 kafedrası, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi və 24 elmi-tədqiqat labora­to­ri­yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Ötən il təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 185 mövzu üzrə 1060 elmi iş yerinə yetirilib. Professor-müəllim heyəti və əməkdaşlar tərəfindən respublikada və xaricdə 113 monoqrafiya və kitab, 189 dərslik və dərs vəsaiti, 2792 məqalə nəşr etdirilib. Xaricdə nəşr olunmuş 885 məqalədən 344-ü, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 39 %-i Tomson Reuter, Scopus və digər beynəlxalq agentliklər tərəfindən indekslənən və inpakt faktorlu jurnallarda nəşr olunub. BDU alimlərinin indekslənən jurnallarda çap olunmuş məqalələri respublika üzrə çap olunmuuş məqalələrin 40%-ə qədərini təşkil edir.

2016-cı ildə BDU alimlərinin xarici ölkə nəşriyyatlarında 15 kitab və monoqrafiyanın nəşr olunduğunu bildirən prorektor bu kitabların kimya, mexanika-riyaziyyat, ekologiya və törpaqşünaslıq, biologiya, coğrafiya, tarix, filologiya, hüquq, jurnalistika, fakültələrinin əməkdaşları tərəfindən yazıldığını diqqətə çatdırıb. Prorektor BDU-nun və Qazax filialının Elmi kitabxanaları, «Gənc istedadlar» liseyi, universitetdaxili “50+50” qrant proqramı, respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 22 elmi təşkilat və ali təhsil müəssisəsi ilə imzalanan anlaşma memorandumları və əməkdaşlıq müqavilələri haqqında da məlumat verib, BDU-nun “Scopus” və "Elmin inkişafına görə" ən yüksək beynəlxalq mükafatlara layiq görüldüyünü bildirib. Elmi Şuranın sonunda 2016-cı ilin nəticələrinə əsasən elmi nailiyyətləri ilə fərqələnən fakültə, kafedra və əməkdaşlara mükafatlar təqdim edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR