“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olundu
Bizi izləyin

Elm və təhsil

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olundu

"Ölkəmizdə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır".

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə Nazirlikləri və Bakı şəhər İcra Hakimiyyətinə göndərilib və onlardan layihə haqqında rəsmi rəylər alınıb”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı bildirib.

Komitə sədri deyib ki, həmin qurumların rəylərində tərif, tənqidi notlar da olub.

Onun sözlərinə görə, yuxarıda adları qeyd olunan qurumlardan gələn rəylərdəki müddəlar haqqında düşünülərək, onların ən yaxşı cəhətləri qanun layihəsində öz əksini tapıb:

“Layihədə həmçinin təhsil ekspertlərinin fikirləri, I və II oxunuşda müzakirə zamanı 15 deputat tərəfindən səslənən təklif və rəylər nəzərə alınıb. İctimaiyyətin rəyi nəzərə alınaraq qanun layihəsindin 7.6 maddəsi tam şəkildə bərpa edilib. Maddəyə əsasən məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük,tələbyönümlük, varislik, interaqtivlik, millilik, dünyəvilik prinsiplər əsasında müəyən edilir”.

Yaxın gələcəkdə ölkəmizdə məktəbəqədərə təhsil şəbəkəsinin genişlənəcəyini vurğulayan komitə sədri söyləyib ki, artıq ölkə başçısının tapşırığı ilə regionlarda bir sıra məktəbəqədər təhsil ocaqları açılır:

“Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problem yaranacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəsissəsinə ali pedoqoji təhsil alan mütəxəssislərin təyin edilməsi nəzərdə tutulub. Bundan başqa qanun layihəsində uşaq innovasiya fondalarına 3-4 bənd aid edilib. Bu da bu sahə ilə bağlı fəaliyyət göstərən QHT-lər üçün bir stimuldur”.

İ.Həbibəyli vurğulayıb ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərəcək defektoloq-loqopedlərin ali pedoqoji təhsili olması vacibdir.

Onun sözlərinə görə, ölkəmizdə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm