• USD 1,7000 0,00% EUR 2,0061 +0,73%
    • GBP 2,2185 +0,22% RUB 0,0231 0,00%

Azәrbaycan aliminin monoqrafiyası qırğız dilindә nәşr edilәcәk

Azәrbaycan aliminin monoqrafiyası qırğız dilindә nәşr edilәcәk

Bаkı Slavyan Universitetinin elmi katibi, jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Durdanə Fərmanın (Tahirova) "Rus və Azərbaycan şəhər nəsrinin poetikasi (Y.Trifonov və Anar yaradıcılıqı əsasında)" adlı monoqrafiyası qırğız dilinə tərcümə edilir.

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə tərcümə olunan monoqrafiya rus və qırğız dillərində ayrıca kitab şəklində nəşr ediləcək.

Qırğızıstanın elmi mühitində böyük marağa səbəb olan monoqrafiyaya Qırğızıstanın bir sıra tanınmış filoloq-alimləri rəy yazıb.

Monoqrafiyaya rəy yazanlar arasında Qırğızıstan MEA-nın vitse-prezidenti, akademik Abdıldacan Akmataliyev də var. Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacıyevdir.

Fond öz mövqeyinə sadiq qalaraq kitabların pulsuz yayılmasını nəzərdə tutur. (olaylar)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR