Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı
Bizi izləyin

Elm və təhsil

Ali məktəblərə ərizə qəbulunun vaxtı uzadıldı

Ərizə qəbulunun müddəti uzadılıb.

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, ərizə qəbulunun müddəti 11 aprel saat 23:59-dək uzadılıb.

“Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan və ya hər hansı bir səbəbdən ərizəsini özü təsdiq edə bilməyən abituriyentlər üçün SQK-lar aprelin 11-də saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Elektron ərizəsinin təsdiq olunmasını təmin etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq”.

Qeyd edək ki, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun vaxtı bu gün saat 23:59-da başa çatmalı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm