• USD 1,7000 0,00% EUR 2,0083 +0,11%
    • GBP 2,2201 +0,07% RUB 0,0233 +0,86%

AMEA professoru olmaq istəyənlər üçün İMKAN

AMEA professoru olmaq istəyənlər üçün İMKAN

“Azərbaycan Milli Elmlər Akademiyasının professoru” elmi adını almaq üçün müsabiqə keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə qərar aprelin 19-da AMEA Rəyasət Heyətinin növbəti iclasında verilib.

Müsabiqədə AMEA-nın üzvü olmayan, elmi müəssisə və ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər əldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanması, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunması və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş, yaşı 50-dək olan elmlər doktorları iştirak edə biləcəklər. Azərbaycan elminin inkişafı, beynəlxalq aləmdə nüfuzunun artırılması və dünya elminə inteqrasiyasında, habelə beynəlxalq elmi əlaqələrin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimləri də müsabiqədə iştirak edə bilərlər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR