BDU birinci oldu
Bizi izləyin

Elm və təhsil

BDU birinci oldu

Media Təqib Mərkəzi və Media Consulting and Services şirkəti 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.

Publika.az xəbər verir ki, Media Təqib Mərkəzinin monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal, elektron vasitələrdə yayımlanan 1600 sayt, 12 televiziya və 12 radio kanalı, sosial şəbəkələr daxildir. Mərkəzin monitorinqinə əsasən, qəzet, jurnal, sayt, televiziya və radio kanallarında Bakı Dövlət Universiteti liderliyini qoruyub.

Şirkətin aprel ayı üzrə apardığı monitorinqin nəticələrinə görə Bakı Dövlət Universiteti ilk yerdə qərarlaşıb. BDU 1405 xəbərlə birincidir. Sonrakı yerləri UNEC, BANM, ADU, ATU, AzTU, ADA, BSU, ADPU və DİA tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm