DİM işçi axtarır
Bizi izləyin

Elm və təhsil

DİM işçi axtarır

Dövlət İmtahan Mərkəzi verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması sahəsində təcrübəsi olan mütəxəssislərin işə qəbul olunması üçün müsabiqə elan edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, işə qəbul ediləcək şəxslərin kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi və ya onlara ekvivalent olan ixtisaslar üzrə ali təhsil, verilənlər bazasının yaradılması və idarə edilməsi üçün proqram təminatının yaradılması sahəsində bilik və bacarıqlarının ( VBİS üzrə: Oracle, MS SQL Server. Proqramlaşdırma dilləri: C, C#, Java)olması tələb edilir. Müvafiq sahədə iş təcrübəsi və beynəlxalq sertifikatları olan şəxslərə üstünlük verilir.

Müsabiqədə iştirak etmək istəyənlər 2017-ci il mayın 12-dən 25-dək sənədlərini (CV, diplom, əmək kitabçası və digər sənədlərin skan olunmuş surəti, tələb olunan sahədə əvvəllər yerinə yetirilmiş işlər haqqında məlumat) elektron formada [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm