İmtahan nəticələri açıqlandı
Bizi izləyin

Elm və təhsil

İmtahan nəticələri açıqlandı

9-cu sinif şagirdləri üçün 12 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər (34124 nəfər) DİM-in internet saytındahttps://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Yaxın günlərdə martın 18-də və aprelin 16-da keçirilmiş imtahanların nəticələri də mərhələli şəkildə açıqlanacaq.İmtahanların nəticələri ilə bağlı 05 - 09 iyun 2017-ci il tarixində saat 9:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində(Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Apelyasiya Komissiyası Dövlət İmtahan MərkəzininNəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcəkdir.

Qeyd edək ki, martın 12-də Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmir rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri imtahan verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm