Hansı məktəblərdə əsaslı təmir işləri aparılır?
Bizi izləyin

Elm və təhsil

Hansı məktəblərdə əsaslı təmir işləri aparılır?

Növbəti tədris ilinə paytaxtın bir sıra məktəblərində təmir işləri tam başa çatdırılaraq müəllim və şagirdlərin xidmətinə veriləcək.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Təhsil TV-yə açıqlamasında deyib.

M.Vəliyeva bildirib ki, paytaxtın müxtəlif rayonlarında 10 məktəbdə əsaslı təmir işləri aparılır:

“Nizami rayonunda 10, 62, 201 nömrəli məktəblərdə təmir işləri aparılır. Xətai rayonunda 171, Nərimanov rayonunda 212, Binəqədi rayonu 306 nömrəli məktəbdə, Sabunçu rayonunda 74 nömrəli məktəb, Səbail rayonunda 239 nömrəli məktəb, Yasamal rayonunda 20 nömrəli məktəb və Nəsimi rayonunda 268 nömrəli xüsusi məktəbdə hazırda əsaslı təmir işləri gedir. Bu məktəblərində bir qismində təmir müvəqqəti olaraq dayandırılsa da, ümid edirik ki, tədris ili başlayana qədər bu məktəblərin hamısında təmir işləri başa çatacaq. Ötən illərdə olduğu kimi ən yüksək səviyyədə məktəblərimiz şagird və müəllimlərin xidmətinə veriləcək”.

O, növbəti ildən bir müddətdir təmirə dayanan 20 nömrəli məktəbin növbəti ildə fəaliyyətinə də aydınlıq gətirib. Bildirib ki, 20 nömrəli məktəbin yerində təmir işləri başa çatır, yaxın günlərdə müvafiq avadanlıqlar gətiriləcək.

Avqustun əvvəlində işlər tam yekunlaşacaq. Avqustun sonu sentyabrın əvvəllərində məktəb əvvəlki şagird və müəllimləri qəbul etməyə tam hazır olacaq.Məktəb təmirdə olmasına baxmayaraq, bu günə kimi təlim min kənarda qalmayıb, müəllimlər peşəkar səviyyədə işlərini davam etdiriblər.Sentyabrdan məktəbin köçürülməsinə başlanacaq. Bu gün 20 nömrəli məktəbin müəllim və valideynləri ilə görüş keçirilib, məktəbin köçürülməsi məsələləri ilə bağlı müvafiq tövsiyələr verilib. Hazırda 20 nömrəli məktəb-liseydə 3 minədək şagird təhsil alır. Bu il I sinfə şagirdlərin qəbulunu elektron sistemlə həyata keçirmişik. Azərbaycan bölməsində 8 sinif olmaqla 225 şagird, rus bölməsinə isə 8 sinif daxil olmaqla 238 şagird qəbul olunub. Rus bölməsində artıq şagird qəbulu dayandırılıb, amma Azərbaycan bölməsinə bu ayın sonuna kimi qəbul davam edəcək. Valideynlərə bildirirəm ki, yerlərin sayı məhduddur. Düşünürəm ki, şagirdlərin növbəti ildə yeni məktəbdə başlamaları onları bir az da ruhlandıracaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm