AMEA-nın professoru komissiyanın sədri oldu
Bizi izləyin

Elm və təhsil

AMEA-nın professoru komissiyanın sədri oldu

"AMEA-nın professoru" elmi adı haqqında Əsasnaməyə uyğun olaraq Humanitar Elmlər Bölməsinin üzvlərindən ibarət Ekspert komissiyası yaradılıb.

AMEA-dan Publika.az-a verilən məlumata görə, bu gün keçirilən iclasda Bölmənin qərarı ilə akademik Teymur Kərimli komissiyanın sədri təyin edilib.

Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərlinin Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alıb.

İclasda AMEA Rəyasət Heyətinin 19 aprel 2017-ci il tarixli qərarı ilə elan edilmiş "AMEA-nın professoru" müsabiqəsinin gedişatı ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, humanitar elmlər üzrə dörd alimin namizədliyi irəli sürülüb. Onlardan 2-si Ədəbiyyat İnstitutunun, 1-i Dilçilik İnstitutunun, 1-i isə Azərbaycan Dillər Universitetinin əməkdaşıdır.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin "Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında" və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamlarının icrası müzakirə olunub, elmi müəssisələrin rəhbərlərinə yubileylərlə bağlı bir sıra tapşırıqlar verilib. Həmçinin AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinin keçirilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm