Goranboy və Naftalanda qədim yaşayış yeri aşkarlandı
Bizi izləyin

Elm və təhsil

Goranboy və Naftalanda qədim yaşayış yeri aşkarlandı

Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Naftalan şəhəri və Goranboy rayonu ərazisində e.ə. IX-VIII əsrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Publika.az-a xəbər verir ki, ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov tədqiqatlar nəticəsində 20-dən artıq kurqan və iki yaşayış yerinin qeydə alındığını bildirib.

Bundan əlavə, eramızdan əvvəl IX-VIII əsrə aid edilən Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu nekropolunda arxeoloji tədqiqatlar davam etdirilib. İki hektar ərazini əhatə edən Nekropol 2007-ci ildə qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq olunub. Qəbirlərdəki skeletlərin ətrafından 19 ədəd saxsı qab, 200-dən artıq bəzək əşyası, muncuqlar, metaldan hazırlanmış bıçaq, iynə və digər maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Nekropolda bu il daha dörd qəbirdə arxeoloji tədqiqatların aparılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm