Elm və təhsil
İnternat məktəblərinin bazasında gimnaziyalar yaradıldı
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nda dəyişikliklər edib.
Dəyişiklik “Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta
ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi
məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud
uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər
üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)”
bölməsi ilə bağlıdır.
Dəyişikliyə əsasən, Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta
internat məktəbinin bazasında Sumqayıt şəhər internat tipli
gimnaziya, Sumqayıt şəhər G. Əsədov adına Tam orta internat
məktəbin bazasında Sumqayıt şəhər general M. Əsədov adına
İnteqrasiya təlimli internat tipli gimnaziya, Gəncə şəhər
Sanatoriya tipli internat məktəbi bazasında Gəncə şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya, Mingəçevir şəhər Tam orta
internat məktəbinin bazasında Mingəçevir şəhər İnteqrasiya təlimli
internat tipli gimnaziya, Göyçay şəhər Səməd Vurğun adına Tam orta
internat məktəbinin bazasında Göyçay şəhər Səməd Vurğun adına
İnteqrasiya təlimli internat tipli gimnaziya yaradılıb.
Eyni zamanda Lerik şəhər V. İbrahimov adına Tam orta internat
məktəbinin bazasında Lerik şəhər V. İbrahimov adına İnteqrasiya
təlimli internat tipli gimnaziya, Goranboy şəhər R. Ağakişiyev
adına Ümumi orta internat məktəbin bazasında Goranboy şəhər R.
Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya,
Siyəzən şəhər Ümumi orta internat məktəbin bazasında Siyəzən şəhər
İnteqrasiya təlimli internat tipli gimnaziya, Balakən rayonu Ümumi
orta internat məktəbin bazasında Balakən rayonu İnteqrasiya təlimli
internat tipli gimnaziya, Neftçala şəhər M. Səfərov adına İnternat
məktəbin bazasında Neftçala şəhər M. Səfərov adına İnteqrasiya
təlimli internat tipli gimnaziya, Zaqatala şəhər İnternat məktəbin
bazasında Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli
gimnaziya, Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta
internat məktəbin bazasında Tovuz rayonu Qovlar şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya, Salyan şəhər A. Səfərov adına
Ümumi orta internat məktəbin bazasında Salyan şəhər A. Səfərov
adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Şəki şəhər
Qarışıq tipli internat məktəbin bazasında Şəki şəhər İnteqrasiya
təlimli internat tipli gimnaziya, Sumqayıt şəhər sağlamlıq
imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbin bazasında
Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya,
Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi
internat məktəbin bazasında Lənkəran şəhər İnteqrasiya təlimli
internat tipli gimnaziya yaradılıb.
Qərara əsasən, Bərdə şəhər R. Mustafayev adına İnteqrasiya təlimli
internat tipli gimnaziya və 2 nömrəli Ailə tipli kiçik qrup evi də
yaradılıb. (apa)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK