4 ali məktəbin akkreditasiyası təsdiqləndi
Bizi izləyin

Elm və təhsil

4 ali məktəbin akkreditasiyası təsdiqləndi

Azərbaycanda 4 ali məktəbin akkreditasiyası təsdiqlənib.

Publika.az-a xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov akkreditasiyaların təsdiq edilməsi barədə əmr imzalayıb.

Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin və Bakı Biznes Universitetinin akkreditasiyaları barədə Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı nəzərə alınaraq adıkeçən universitetlərin akkreditasiyası təsdiq olunub.

Universitetlərə müvafiq keyfiyyət sənədi-sertifikat verilib, həyata keçirdikləri təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) 2016-2021-ci illər üçün akkreditə olunmuş hesab edilib, hər biri üçün akkreditasiya müddəti 5 il müəyyənləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm