Ali məktəblərə qəbulda rekord göstərici
Bizi izləyin

Elm və təhsil

Ali məktəblərə qəbulda rekord göstərici

Ötən il ali təhsil müəssisələrinə rekord sayda tələbə qəbul olunub. 2016-cı ildə ali təhsil müəssisələrinə bakalavriat üzrə 34.773 nəfər, magistratura üzrə 4.839 nəfər qəbul olunaraq ümumilikdə 39.612 şəxs tələbə və magistr adını qazanıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, son illərdə ölkəmizdə universitet təhsilinə maraq keyfiyyət baxımından artıb.

“2014-2015-ci tədris ili üzrə qəbul imtahanlarında bütün qruplar üzrə iştirak edən 92 643 abituriyentin keyfiyyət göstəricisi 34,7 faiz, 2015-2016-cı tədris ili üzrə 82 925 abituriyentin bu nəticəsi 40 faiz olubsa, 2016-2017-cı tədrsi ili üzrə 78 545 abituriyentin analoji göstəricisi 43,9 faiz, 2017-2018-ci tədris ili üzrə (I mərhələ) 64 220 abituriyentin keyfiyyət göstəricisi 48,9 faiz olub. Başqa sözlə, son 4 ildə bu göstərici 14,2 faiz artıb. Son 4 tədris ili ərzində ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə tələbə qəbulunun keyfiyyət göstəriciləri yaxşılaşıb. I ixtisas qrupunda 12,8 faiz, II ixtisas qrupunda 10,6 faiz, III ixtisas qrupunda 11,5 faiz, IV ixtisas qrupunda isə 38,4 faiz artıb”.

Nazirliyin məlumatında vurğulanır ki, ali təhsil müəssisələrinə son iki il ərzində ingilis dilində tədris olunan ixtisaslara tələbə qəbulu artıb.

“Belə ki, ölkənin 6 dövlət ali təhsil müəssisəsində - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Mühəndislik Universitetində ingilis dilində tədris olunan ixtisaslar üzrə proqnoz yerlərin sayı 780 olub və bu ixtisaslar üzrə cəmi 9 yer boş qalıb. Bu isə 98,8 faiz təşkil edir.

2016-ci və 2017-ci illərdə ölkənin ali təhsil müəssisələrinə və AMEA-nın magistraturasına keçirilən qəbul imtahanının I mərhələsi üzrə 51 və daha yüksək nəticə göstərənlər ötən ilə nisbətdə 2 dəfədən artıq (müvafiq olaraq 2016-cı ildə 25,77 faiz - 2017-ci ildə bu göstərici 57,99 faiz ) olub. 40 bal və daha az toplayanların faiz nisbətində isə kəskin azalma (müvafiq olaraq 2016-cı ildə 49,56 faiz idisə, 2017-ci ildə bu rəqəm 18,36 faiz) müşahidə olunur.

Ölkəmizin ali təhsil müəssisələrinə əvvəlki illərdə olduğu kimi, qəbul zamanı müsabiqədə iştirak etmək üçün minimal bal əksər ixtisaslar üzrə 200 bal həddində saxlanılıb. Eləcə də ölkə üçün prioritet hesab olunan ixtisaslar, o cümlədən “İnşaat mühəndisliyi”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Kompüter elmləri”, “İnformasiya texnologiyaları” və bu kimi bir sıra ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün minimal keçid balı yüksələrək 250 və 300 bal müəyyənləşdirilib. Bu da qəbul prosesinin nəticələrinin keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm